Arıqlamanın sirrləri
                         "Arıqlamanın sirrləri"


Hər bir kəs həyatında bir dəfə də olsa bu və ya digər pəhriz saxlayıb. Bəs nəyə görə sağlamlıq və xarici görünüşümüzdən bu dərəcədə narahat olduğumuz halda aramızda çəkili qadınların sayı kifayət qədərdir.
İnformasiya axını aldandırdığımız müasir dövrdə sadəcə “pəhriz” sözünü yazmaqla istənilən saytdan kifayət qədər məlumat ala bilərsiniz. Bundan başqa pəhriz haqda kitablar yazılıb, arıqlama üçün plastik əməliyyatlar həyata keçirirlir. Və daha nələr nələr. Lakin problem yenə də həll olunmayıb.

“Yox, bu həftənin birinci günündən güclü pəhrizə başlayıram.” Yəqin ki, bu sözü çoxları özünə deyib. Şirin, duzlu, yağlı - bir sözlə sevdiyimiz hər şeydən imtina edirik. İdmana yazılırıq – aerobika, rəqs və ya üzmək üçün hovuza gedirik, gün ərzində 3 saat piyada gəzirik. Bir sözlə bizə tanış olmayan həyat tərzi sürürük. Çəkimiz azalmağa başlayır. Və paradoks baş verir. Nə qədər arıqlasaq və buna sərf etdiyimiz enerjiyə baxmayaraq “Cəhənnəm olsun fiqura, sadəcə tort istəyirəm” - deyirsiniz.

Nəyə görə bu baş verir?
 
İstənilən qadağanı orqanizm müvəqqəti zərurət kimi qəbul edir.

Paradoksun səbəbləri

Əksər qadınlar bunun səbəbini bilmirlər. Əslində problem başqa şeydədir. Pəhrizə başlamağımızın səbəbi nədir? Dar paltar geyindiyiniz zaman əriniz ironiya ilə sizə baxıb? İş yoldaşınız çəki ilə bağlı zarafatyana nəsə deyib? Rəfiqənizlə görüşdüyünüz zaman sizi tanımayıb? Toyunuza az qalıb? Səbəblər çox ola bilər. Sadəcə güzgüdə özünüzə baxıb dəhşətə gəlirsiniz. “Stop!” deyirsiniz. Düzdür, pəhrizə başlayandan sonra arıqlayacaqsınız və arzuladığınız çəkiyə çatdıqdan sonra yenidən yeməyə başlayaraq işıq sürətilə çəkiniz artacaq.
Bu qadınlara qarşı qəsddir? Xeyr, bu sadəcə təbiətin qanunudur. Baxmayaraq ki, biz meşədə meyvə yığıb, heyvan ovuna çıxmırıq instinktlərimiz qorunub saxlanılıb. İstənilən qadağanı orqanizm müvəqqəti zərurət kimi qəbul edir. Mədə “pəhriz” sözünü anlamır. O, ümumiyyətlə söz başa düşmür. Hər şey sadədir: orqanizm acdır, mədə ac. Beyinə narahatlıq və ya ağrı siqnalı verilir.Yemək yeyirik və yaşamağa davam edirik. İndi isə pəhrizi “mədənin anlamında” başa düşək. O yemək istəyir, biz isə “döz” deyirik. Sonda isə beyinə gedən siqnalların qarşısını ala bilmirik və necə deyərlər sınırıq. Və ya idmanla bağlı. Başlayanda optimizmlə başlayırıq. Hər gün həvəslə məşqlərə gedirik, 2-3 həftədən sonra isə hər şey dəyişir. Artıq həftədə 3 dəfə əvəzinə 2 dəfə gedirik sonra isə 1 dəfə. Daha sonra min bir bəhanə ilə məşqlərdən qalırıq. Lakin hər şey yaxşı başlamışdı, niyə belə alındı?

Özün üçün arıqla

Əgər bu vəziyyətə düşmək istəmirsinizsə hər şeyi başqa cür başlayın. İlk əvvəl anlamalısınız ki, hər şeyi özünüz üçün etməlisiniz. Arıqlamağı da, bədən formasını da. Ərlər gəlib gedir, dostlar, iş yoldaşları, qohumlar da bu kateqoriyadandırlar. Əsas sizin sağlamlığınızdır. Yalnız özünüzə görə dəyişmə arzusu bütün çətinlikləri dəf edə bilər. Əmin olun ki, ətrafınızdakı insanlar 3-4 kq-a görə sizdən üz çevirməyəcəklər, nə də sizi daha çox sevməyəcəklər. Əsas odur ki, özünüzü daha çox sevəsiniz, güzgüyə baxdığınız zaman zövq alasınız. Xarici görünüşünüzə görə özünüzü heç zaman danlamayın. Çünki, siz bilirsiniz ki, daxilən gözəl insansınız. Bunu ətrafdakılara göstərməyin vaxtıdır.
Ən əsası mümkün olmayana can atmayın. Bir gün ərzində sevdiyiniz hər şeydən imtina etmək qərarına gəlmisinizsə seçiminiz yanlışdır. Bu uzun sürməz. Siz heç piyada gəzmirsiniz, ancaq yeni ildən 3 kilometr qaçmaq qərarına gəlmisiniz? Əzələ və bel ağrılarından başqa heç nəyə sahib olmayacaqsınız. Əgər məqsədinizə doğru addım-addım irəliləməyə başlasanız uğur qazanma şansınız var. Divanda oturduğunuz zaman gimnastik hərəkətlərə başlayın. Düşünürsünüz ki, bunun faydası olmayacaq? Davamlı etsəniz fərqi hiss edəcəksiniz, daha çox hərəkət etmə istəyiniz sonda 3 kilometr qaçmaqla da nəticələnə bilər.
Çay və ya kofeni 3 qaşıq şəkər və ya şirniyyatla içirsiniz? O zaman 1 qaşıq şəkərdən imtina edin. Şirniyyatın miqdarını yarıya endirin. Hər səhər 1 qaşıq şəkərlə çay və ya kofe içsəniz ay ərzində 30-60 qaşıqdan azad olacaqsınız. Nəzərə alın ki, gün ərzində bir stəkan çay içmirik.
Pəhriz saxlayın, lakin bir gün ərzində sevdiyiniz bütün qidalardan imtina etməyin. Adətən əti qızardırsınız? O zaman qaynatmağa başlayın. Ən əsası isə yeni həyata bazar ertəsindən (birinci gündən) başlamayın! Əsl anı yaşayın. Yazını oxuyan zaman qarnınızı çəkin, kürəyinizi düzəldin və bu sadə məşqi bir saat ərzində edin. Təbrik edirik, siz yeni həyata başladınız.!

From: Samir (Admin)
 

 

 

 

 

Bu sehifede deqiqe saniye qonaq oldunuz .....

 


Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Bütün hüquqlar qorunur ©2009

Bugün: 14

Aktif :

IP Adresiniz: 3.149.234.230

 
Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə www.Afterthought.tr.gg administrasiyası məsuliyyət daşımır..! Bugün 14 ziyaretçi  
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol