Yuxu nedir..?
                       " Yuxu nədir? "

Nə səbəb olur ki, insan yuxuya gedir? Bu haqda ailmərin bir çox fikirləri vardır.

  • Bəziləri hesab edirlər ki, yuxu zamanı beyndəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axırlar. Və onu fiziki amillərlə əlaqələndirirlər.
  • Bəziləri belə əqidədədirlər ki, cismi fəaliyyət nəticəsində bədəndə xüsusi maddə cəm olur ki, bu da əsəb sisteminə təsir göstərir və insanda yuxu halı meydana gətirir. Və bu hal o zamana qədər davam edir ki, həmin maddə bədən tərəfindən tamamilə sorulur. Buna görə də onu kimyəvi amil adlandırırlar.
  • Bəziləri isə yuxunu bir növ əsəb amili ilə əlaqələndirirlər və deyirlər ki, insan beynində yerləşən fəal əsəb sistemi əzaların hərəkətini təmin edir. Və çox yorğunluq nəticəsində yorulur və sönür. Bu da əsəb amilidir.

Bütün bu nəzəriyyələr yuxunu qanedici dərəcədə izah etmirdilər. Ancaq bütün bu amillərin də təsiredici olduğunu inkar etmək də mümkün deyildir.

Harvard Səhiyyə Məktəbi ilə Afina Universitetinin alimləri 6 ildən artıq müddətdə 26-86 yaş arasında olan 23 681 nəfər üzərində apardıqları təcrübə nəticəsində müəyyən etmişlər ki, gün- düzlər iş arası qısa müddətli yatan adamlar ürək xəstəliklərinə daha az tutulurlar. Belə adamlarda ürək xəstəliklərin gündüzlər yatmayan şəxslərə nisbətən 37 faiz az müşahidə olunmuşdur. Alimlərin fikrincə, həyacan və narahatlıqlarla yüklənmiş gün ərzində qısa müddətli yuxu stres və yorğunluğu bədəndən çıxartmaq üçün ən yaxşı vasitədir..

 

Yuxusuzluq

Yuxusuzluq nəinki bizim üçün, hətta ətrafımızda olanlar üçün pisdir. Hesablamalara əsasən hər il yuxulu sürücülərin səhvi ucbatından on minlərlə yol qəzası baş verir. 1920-ci illərlə müqayisədə indi Böyük Britaniyada insanlar gecə təxminən 8 saat yatırlar.


Yuxu mərhələləri

Yuxu müxtəlif mərhələlərdən ibarətdir. Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir. İkinci mərhələdə dərin yuxuya gedirik.

Bu mərhələ 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlər isə bundan sonra gəlir.

Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün ərzində keçirdiklərimizdən dincəlir. Buna bəzən delta yuxusu da deyirlər. Bu müddət ərzində bir heç bir yuxu görmürük.

Normal gecə ərzində adamlar müxtəlif mərhələlərdən keçirlər. Problemlər bu mərhələlərdə pozulma olarsa əmələ gəlir.

 

Nə qədər yatmaq olar

Günorta yatmaq üçün vaxtı olmayanlar üçün günün bu vaxtı yuxulu olmaq normal haldır. Maraqlıdır ki, gecə yuxusunu artıran adamlar günorta yatmağa ehtiyac duymurlar.

Amma günorta 10 dəqiqəlik yuxu ala biləniz bu çox xeyirlidir.

Yuxu və əhval-ruhiyyə bir-biri ilə əlaqələdir. Bu əlaqə hələ indiyə kimi tam başa düşülməyib. Amma doyunca yemək kimi, doyunca yatmaq da adamı xoşbəxt edə bilər..


From: Samir (Admin)





Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: Casper, 16.01.2015, 04:40 (UTC):
Cox gozel

Yorumu gönderen: z, 24.11.2014, 23:24 (UTC):
istediyimiz yuxunu nece gormey olar?

Yorumu gönderen: Ceyran, 26.01.2014, 22:03 (UTC):

Yorumu gönderen: bahar, 20.11.2013, 06:25 (UTC):
Elaaaaa)))mene komek oldu bu mellumatlar

Yorumu gönderen: Yesım, 12.04.2012, 12:57 (UTC):
Gorduyum Yuxumun menasını oyrenmek ısteyırem



Bu sayfa hakkında yorum ekle:
İsmin:
Mesajınız:

 
Reklam
 

 

 

 

 

Bu sehifede deqiqe saniye qonaq oldunuz .....

 


Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Bütün hüquqlar qorunur ©2009

Bugün: 3

Aktif :

IP Adresiniz: 54.161.3.96

 
Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə www.Afterthought.tr.gg administrasiyası məsuliyyət daşımır..! Bugün 3 ziyaretçi  
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=