Internet
Dünya bir neçə il sonra internetsiz qala bilər
Dünyada faliyyət göstərən internet sistemi təhlükə ilə qarşılaşıb. Mütəxəssislər dalbadal qurulan video saytlarına görə, sistemin 2012-ci ildə dayanacağını bildiriblər.
İnternetdən istifadə ilk dəfə 1991-ci ildə İsveçrədəki “Cern araşdırma mərkəzi”ndə www-nin (World wide web) inkişafı ilə həyata keçirilib. Hazırda dünyada 1.4 milyard internet istifadəçisi var. Dünyada 100 milyon internet saytı, təxminən 2 milyard isə internet səhifəsi var. Video paylaşma saytları isə internetin sürətini əhəmiyyətli ölçüdə azaldır. Dünyada hər ay təxminən 8 milyard gigabaytlıq video yüklənməsi həyata keçirilir. Bu rəqəm 2012-ci ildə 44 milyard gigabayta çatacaq. “Nemertes” araşdırma mərkəzinin hazırladığı hesabat görə, internetdə olan video formatının həcmi bu ilin axırında 30 faizə çatacaq. 2012-ci ildə isə bu rəqəm 50 faizdən çox olacaq.
Araşdırmaya görə, internetlə hər ay yüklənən video miqdarı 8 milyard gigabayta çatıb. Bu isə, 2 milyard DVD-nin həcminə bərabərdir. Ancaq mütəxəssislər 2012-ci ildə aylıq video yüklənməsinin 44 milyard gigabayta çatacağını və bunun nəticəsində internetin çökmə təhlükəsinə məruz qalacağını bildirib.
Ofis kompüterləri nəyə istifadə olunur?
İşçilərin əksəriyyəti iş vaxtı kompüterlərdən təyinatı üzrə istifadə etmir. "Ponemon İnstitute"nin "Dell" şirkəti ilə birlikdə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Meksika və Braziliyadan olan 3100 informasiya texnologiyaları mütəxəssisi arasında apardığı anonim sorğu göstərib ki, əksər işçilər ofisdə kompüterlərdən daha çox "başqa məqsədlər" üçün istifadə edirlər.
Respondentlərin nə az-nə çox - düz 3/4-ü etiraf edib ki, iş vaxtı kompüterdə daha çox çılpaq şəkillərə baxır, "uşaqlar üçün qadağan olan" videoçarxları izləyirlər. Mütəxəssislərin 2/3-si isə ofislərindəki kompüterlərdə daha çox tanışlıqla məşğul olduqlarını, əks cinsin nümayəndələri ilə intim mövzularda söhbət etdiklərini boyunlarına alıb.
Tibb elmi daha bir xəstəliklə tanış oldu
Lunatizm xəstəliyinin nə olduğunu yəqin hamınız bilirsiniz. Bu xəstəlik tibb elminə çoxdan tanışdır. Amma bu günlərdə tibb elmi indiyə qədər özünə yad olan daha bir xəstəliklə tanış olub. Söhbət internet lunatizmindən gedir.
Dünyada ilk dəfə qeydiyyata alınan bu xəstəliyə ispaniyalı qadın "yoluxub". Belə ki, ispaniyalı həkimlərin verdiyi məlumata görə, adı açıqlanmayan 44 yaşlı bir qadın gecə yuxuda ikən kompüterini açdıqdan sonra sayta daxil olub və elektron poçtunu yoxlayıb.Maraqlıdır ki, o, bütün bu əməliyyatları yuxulu olduğu halda edib.
Hətta elektron poçtundan tanışlarına məktub yazan xanım onları evinə qonaq dəvət edib. Bütün baş verənlərdən qadın ertəsi gün xəbər tutub. Məktub göndərdiyi dostlarından biri ona zəng edərək qonaqlıq təklifini qəbul etdiyini bildirib. Əvvəlcə heç nə anlamayan qadın sonradan vəziyyətin nə yerdə olduğunu anlayıb və həkimə müraciət edib. Araşdırmadan sonra bəlli olub ki, qadın həqiqətən də məktubları yuxulu halda yazıb. Bunu onun məktubunun mətnindəki çoxsaylı hərf səhvləri də sübut edir.
Internet qurbanlari
İnternet asılılığı tipik kompulsiv-impulsiv pozulmadır və onu rəsmi olaraq psixiatriya xəstəlikləri sırasına daxil etmək lazımdır. Belə bir fikri Oreqon Sağlamlıq və Elm Universitetinin əməkdaşı Cerald Blok səsləndirib. Doktor Blok internet-asılılığa "kompüter oyunları, internet-pornoqrafiya və elektron poçtuna göstərilən həddən artıq həvəs" kimi tərif verib.
Başqa fobiyalarda olduğu kimi, nəzər salınan məsələdə də kompüterin istifadəçilərində internetə qoşulmaq üçün qarşısıalınmaz və mütəmadi istək yaranır. Onlar daim yeni və daha mükəmməl avadanlığa sahib olmağa, daha çox "on-line" əlaqə yaratmağa can atırlar. Blokun sözlərinə görə, internet asılılığına düçar olan şəxslər zaman anlayışını itirə, həmçinin fizioloji tələbatlarını qulaqardına vura bilərlər. Belələri yuxudan və qidadan imtina etməklə internetdə mövcudluqlarını daha çox sürdürməyə çalışırlar. Xəstəlik daha kəskin hal aldıqda isə təcili hospitallaşma tələb olunur. Aparılan müşahidələr göstərib ki, istifadəçilərin 5 - 10 faizi qeyd olunan patologiyadan əziyyət çəkir. İnternetasılılığın qurbanlarına əsasən orta yaşlı intellektual kişilər və evdar qadınlar çevrilirlər.
From: Samir (Admin)
|