Xanımlar üçün
                        "Xanımlar üçün"



Deyirlər dünyada eybəcər qadın olmur..Özünə qulluq etməyən qadın olur..Məndə məhz qadınları dahada gözəlləşdirə biləcək hərbir üsulları bir yerə toplayıb sizlərə təqdim edirəm..Hərbir dəriyə,saçlara,dırnaqlara,üzə aid neçə cür maskalar var idisə hamısını birləşdirib sizlərə təqdim edirəm..

Ümid edirəmki bəyənəcəksiniz..!!!

Elə isə Başladıq

Əvvəl saçlardan başlayaq..Saçlarınıza qulluq etmək, gözəl görsənmək üçün bir neçə üsul təqdim edirəm

Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənərdi. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi.


Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkanı verir. Saç düzümünü seçmək sizin öz zövqünüzdən asılıdır. Ancaq bir faktı heç vaxt unutmayın: nə olursa-olsun ətrafdakılar sizi çirkli saçla görməməlidir. Təmiz saç özü artıq bir düzümdür.

Bir məqam: ön tərəfdən gözəl görünmək üçün saçlarınızı açıq qoymalı, arxadan gözəl görünmək üçün isə yığmalısınız. Bu ziddiyyəti aradan qaldırmaq mümkün deyil. Təbii ki, təntənəli gecə düzümlərini nəzərə almırıq.

Saçlara qulluq sistemi yuyulmaqdan başlayır. Saç yumaq, əslində, elə çətin bir proses deyil. Lakin bu zaman hər şeyə nəzarət etmək lazımdır. Saçınızın sağlamlığı onları necə və nə ilə yumanızdan asılıdır. Əvvəlcə sudan başlayaq. Su ilıq olmalıdır. Nə isti, nə də soyuq. İsti su piy vəzilərinin fəaliyyətini intensivləşdirir və nəticədə saçlar tez yağlanır, soyuq su isə çirki tam təmizləyə bilmir. Buna görə də hər iki halda saçları tez-tez yumağa məcbur olursunuz. Bundan başqa, saçınızı yuduğunuz su cod olmamalıdır. Birbaşa krandan gələn sular isə kifayət qədər coddur. Bu codluğu aradan qaldırmaq üçün bir neçə üsul var:
* suyu dondurmaq və sonra əritmək;
* təbii bulaq suyundan istifadə etmək;
* qaynanmış sudan istifadə etmək;
* az miqdarda bor turşusu ilə qarışdırılmış sudan istifadə etmək.

Lakin bu üsulların hər biri xeyli vaxt aparır. Bunu etməyə imkanınız yoxdursa, saçınızı yumaq üçün istifadə etdiyiniz vasitənin tərkibində yumşaldıcı olmasına nəzarət edin.

Şampun seçimində də diqqətli olun. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin. Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.

Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız. Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra xarab olmuş saçlara da məsləhət görülür.

Kimyəvi təsirə və boyamaya məruz qalmamış, parıltılı saçlar qadın üçün xəzinədir. Onların sağlamlığını isə mütləq qorumaq lazımdır. Belə olan təqdirdə sizə normal saçlar üçün nəzərdə tutulan şampunlar uyğun gələr.

Orta uzunluqlu saçlar üçün şampunu fındıq həcmində, uzun saçlar üçün isə qoz həcmində götürmək lazımdır. Şampunu əvvəlcə iki ovcunuzun arasında sürtərək köpükləndirin və ancaq bundan sonra saçınıza çəkin. Köpüklü saçı, ən azı, 3 dəqiqə yaxalamaq lazımdır.


Unutmayın ki, istifadə etdiyiniz şampun nə qədər yaxşı olsa da hətta çox diqqətlə yuyulduqda belə başın dərisindən saç üçün zərərli olan maddələri tam təmizləmir. Bunun üçün də balzam-kondisioner və lasyon-kondisionerdən istifadə etmək lazımdır. Şampunla eyni firmadan seçilmiş bu maddələr zərərli hissəcikləri neytrallaşdırır. Bu maddələri azacıq qurudulmuş, nəm saçlara çəkmək və 2-3 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Balzam-kondisionerlər quru, lasyon-kondisionrelər isə yağlı saçlar üçün məsləhət görülür.

Yuyulduqdan sonra saçları mütləq təbii otların dəmləməsi ilə yaxalamaq lazımdır:
* açıq rəngli saçları çobanyastığı dəmləməsi ilə;
* tünd rəgli saçları gicitkan dəmləməsi ilə;
* bütün növ saçları limon turşusu və yaxud sirkə qatılmış su ilə yaxalamaq olar.

Ayda bir dəfə saçlarınızı kimyəvi maddələrdən istifadə etmədən yusanız, onların sağlamlığını qoruyar və tökülmənin, kəpəyin, haçalanmanın qarşısını alarsınız. Bunun üçün bir neçə üsul təklif edirik:
* kəpək çörəyinin suxarısını qaynar suda dəmləməklə;
* kiçik təpə şəklində yulaf yarmasına bir-iki qaşıq quru xardal əlavə etməklə;
* çalınmış yumurtadan sabun kimi istifadə edərək saçları yumaq olar.

Bu vasitələrlə yuyulmuş saç tez çirklənir. Əgər işləyirsinizsə, bu vasitələrdən maska kimi istifadə edə bilərsiniz. Yəni saçı şampunla yuduqdan sonra bu qarışıqlardan birini çəkin, sonra bol su ilə yuyun.

Yağlı dəri üçün yumurta ağından ibarət maskalar etmək olar. Bu zaman yumurta ağına ayrılıqda çobanyastığı dəmləməsi, maya və yaxud quru xardal əlavə edərək, bir neçə canlandırıcı vasitə ala bilərsiniz. Bu maskaları saça çəkib qurutduqdan sonra yumaq lazımdır.

Quru saçları qaynar su ilə qarışdırılmış gənəgərçək və badam yağı ilə maska etmək olar. Maskanı saçınıza çəkdikdən sonra dəsmalla sarıyın, 1 saatdan sonra isə yuyun.

Saçların kəpəkdən azad olması üçün gicitkən dəmləməsindən istifadə edin. Ancaq unutmayın ki, gicitkən dəmləməsi açıq saçların rəngini tündləşdirir. Ümumiyyətlə, maskaları ayda bir dəfədən artıq etmək məsləhət deyil.

Ayda bir dəfə saçlarınızın uclarını kəsdirməyi unutmayın. Bu saçın tez uzanmasına və səliqəli görüməsinə zəmin yaradır.

Saça düzgün qulluğun əsas vasitələrini aşağıdakı kimi təsnif etmək olar:
* saçı isti su ilə yumayın;
* qaynar fendən istifadə etməyin, ən yaxşısı isə saçın öz-özünə qurumasına imkan verin;
* hər gün saçlarınızın dibini masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin;
* saçı yuduqdan sonra bir neçə dəqiqə dəsmalla qurulayın;
* saçlarınızı gündə bir neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan istifadə etməkdir;


* saçınızı ancaq sizin tipinizə uyğun olan şampunla yuyun;
* saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin;
* saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin;
* unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır. Buna hazır olun!

Qadınların əksəriyyətini narahat edən ikinci bir məsələ isə saçları həftədə neçə dəfə yumaq problemidir. Əslində, bu, heç bir qanuna tabe olmayan prosesdir. Tez-tez yuyulmağa öyrənən saçların tez çirklənməsi barədə danışmaq mənasızdır. Çünki bu, isbata ehtiyacı olmayan bir faktdır. Ancaq saçınızı yumağa tənbəllik etmirsinizsə, onları hətta gündə iki dəfə də yuya bilərsiniz. Əmin olun ki, bu, sizin saçınızın sağlamlığına heç bir ziyan verməyəcək. Təbii ki, intensiv yuyulmaq vərdişi qazanmaqdan başqa. Əksinə, saçların gec-gec yuyulması baş dərisini məsamələrinin çirklə dolmasına və beləliklə, saçın uzanma sürətinin azalmasına səbəb olur.

Saç üçün maska

1 x. qaşığı sürtgəcdən keçirilmiş çiy soğan + 1 x. qaşığı gənəgərçək yağı + 1 x. qaşığı bal + 1 yumurta sarısı yaxşı qarışdırılır. Alınmış qarışıq saçların dibinə yaxılıb bərk sarınır. 1-2 saat saxlanılıb yuyulur.
30 qr quru xırdalanmış çobanyastığı çiçəyi (ramaşka) üzərinə 100 qr qaynar su əlavə edilib dəmlənilir. Dəm 30-40 dəq saxlanılıb soyudulur. Süzülüb 1 desert qaşığı bal əlavə edilir. Saçları yuduqdan sonra dəsmalla bir az qurudulub alınan məhlulla saçların dibi isladılır. Yarım saatdan sonra ilıq su ilə yuyulur. Quru saçlarda 10-12 gündən bir, yağlı saçlarda 6-7 gündən bir təkrarlanır


Üz dərisini qorumaq isə məncə nəfəs almaq qədər vacibdir.. Elə isə üzümüzə qulluq edək.. Maskalardan istifadə edək..Onuda qeyd edim ki, təqdim etdiyim maskaların hamısı sınanmış maskalardır effektini isə özünüzdə görəcəksiniz

I Pomidor maskası-ağardır.
1 ədəd pomidor sürtgəcdən keçir.
4 damcı bitki yağı.
2 xörək qaşığı kəsmik.
1 x.q süd.

II Qidalandırıcı maska.
2 çay qaş. bal.
1 yumurta sarısı.
2 c.q. zeytun
Bunları 15-20 dəqiqə üzdə saxlayıb əvvəl isti sonra isə soyuq su ilə yuyulur.

III Ağardır, qırışlara qarşıdir, gözəlləşdirir.
1 x.q. süd, bir c.q. araq
Bunuda 15-20 dəqiqə üzde saxlayıb,sonra iliq su ilə yuyuruq.



IV Yağlı dəri üçün,ağardır və sızanaqlara qarşı.
Yumurta ağı.
Un və ya qerkules.
1-3 damcı limon şirəsi.
(həftədə 2-3 dəfə) (20 dəq saxlanılır.)
Çənədə,burnun kənarlarında və alında olan qara nöqtələri aradan qaldırmaq üçün tez-tez səhər və axşam bu hissələri isladılmış manna dənəcikləri ilə silmək lazımdır

Qidalandırıcı maska - 2ç/q droj və 1ç/q badam yağını qatışdırırsan. Sonra isə üzərinə 2-3 damcı limon şirəsi əlavə edib, üzə cəkib 15-20 dəq saxlayırsan. Ən sonda üz ilıq su ilə yuyulmalıdır.
Üzdə çillərə görə - Qerkules unu, çoban yastığı (dəmlənmiş suyu) qarışdılır.1həftədə 3 dəfə üzə cəkilib 15-20 dəq saxlanılır. . Sonra üz ilıq su ilə yuyulmalıdır.
Üzdə qırışa görə - 1x/q un (qerkules), 1 yumurta sarısı, 1x/q smetan qarışdırılıb üzə cəkələir. Qarışdırdıqdan sonra 15-20 dəq uzdə saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
Yağlı dəri üçün – 1x/q un, 1x/q smetan, 1ç/q soda qarışdırılır. Üzə cəkilib 10 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
Sifəti dartan krem (maska) – yarım limonun suyu və 1 yumurta ağı qarışdırılır. Üzə cəkilib bir az saxlanılır. Sonra isə üz yuyulmalıdır.
Ağardıcı maska – 2q bal və 4q un qarışdırılıb, üzə cəkilir. Bir az saxlandıqdan sonra üz yululmalıdır.
Əllərə qulluq – 1x/q badam yağı , A, D və E vitaminləri qarışdırılır. Sonra əllərə cəkilb bir az saxlanılır.Saxlandıqdan sonra əllər yuyulmalıdır.

Quru dəri üçün qidalandırıcı maskalar:

1 çay qaşığı xama + 1 çay qaşığı bal + 0.5 çay qaşığı əzilmiş güləm və ya çiçək tozu qarışdırılır. Üzə çəkilib 15 dəqiqə saxlanılır. Həftədə 1-2 dəfə qoyulur. Bu maska həm də cavanlaşdırıcı təsir göstərir.
2 yumurtanın ağı tam ağ köpük alınana qədər çalınır, üzərinə 10 damcı limon şirəsi və 1 xörək qaşığı bal (əgər xarlanıbsa bir qədər isidilib) əlavə edilir. Qarışdırılıb maska qoyulur.
1 yumurtanın sarısı + 1 xörək qaşığı mayonez qarışdırılır. Üzə bitki yağı çəkilir, üzərindən isə bu maska çəkilir.
Baldan hazırlanan maskalar istənilən dəriyə yaxşı təsir göstərir. Əks göstərişlər – qan damarlarının səthi yerləşməsi və allergiyadır.


Yağlı dəri üçün maskalar:

Öncə dərini təmizləmək lazımdır. Yağlı dərini su və limon şirəsi ilə təmizləmək olar. Bunun üçün adi limon dilimini üzə sürtməklə də sifəti təmizləmək olar.
Bundan başqa yağlı dərini təmizləmək üçün Nanə dəmləməsindən də istifadə edə bilərsiniz. 1 çay qaşığı nanə qurusunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Hazırlanmış dəmləmə ilə səhərlər üz təmizlənir.
Yağlı dəri üçün maskalar dərinin yağlılığını azaldır və iltihab əleyhinə təsir göstərir:
1 x. qaşığı prisıpka + 3%-li hidrogen-peroksid(perekis) və ya yağsız süd qarışdırılır. Dərinin yağlı nahiyələrinə çəkilir.
Sürtgəcdən keçirilmiş çiy kartof yağlı dəriyə yaxşı təsir göstərir.
1 ədəd çiy kartof sürtgəcin xırda gözündən keçirdilir, üzərinə çalınmış yumurta ağı və 2-3 çay qaşığı yulaf unu əlavə olunur. Xamayabənzər kütlə alınana qədər qarışdırılır. Üzə çəkilir.
Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.


Cavanlaşdırıcı maskalar:

1 almanın yarısı əzilir + 1 yumurta sarısı + 1 x. qaşığı bal + 1 x. qaşığı alma sirkəsi + 1 çay qaşığı B qrup vitamin tozu + 1 çay qaşığı Askorbin turşusu (Vitamin C) qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. İstənilən tipli dəridə istifadə etmək olar.
100 qr bal su hamamında qızdırılır, üzərinə tədricən 50 ml araq əlavə edilir. Pambıqla üzə çəkilir və 10-15 dəq saxlanılır.

PORTAĞAL MASKASI. Kosmеtoloqlar bu maskanı hər növ dəriyə, xüsusilə quru və rutubətli olana, məsləhət görürlər. Tərkibi: 2 çay qaşığı un, 1 ədəd portağalın təzə sıxılmış şirəsi. Şirəni tənzifdən süzərək, unla yaxşıca qarışdarırlar və əmələ gəlmiş kütləni üzə sürtdükdən sonra, üzü ya tənzif, ya da burun üçün kəsik qoymaq şərtilə, bir qədər möhkəm parçadan xüsusi maska ilə örtürlər. 15-30 dəqiqədən sonra maskanı nəm pambıq tamponla еhtiyatla təmizləyərək, üzü sərin su ilə yüngülcə yaxalayırlar.


QURU ÜZ ÜÇÜN BANAN MASKASI. Bu maska qədim Şərqdə istifadə olunmuş klassik maska növlərindəndir. Burada qaymaq və kartof unundan istifadə еtmirlər. Bananı qabığındın azad еdərək, içini yaxşıcı əzib üzün dərisinə və sinənizə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra, əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun.

YAĞLI DƏRİ ÜÇÜN ZÜLAL MASKASİ. Yumurta ağı dəriyə tutqunluq gətirir, onu təmizləyir və möhkəmlədir. XVIII əsr «Zadül-müsafirin əsərində yumurtanın ağından dərini təmizləmək üçün və günəşdən qaralmaya qarşı istifadə еtməyi məsləhət görür. Tərkibi: 4 çay qaşığı yulaf və ya qarğıdalı unu və bir yumurta ağı. Komponеntləri qarışdıraraq köpüklənənə qədər çalırlar. Əmələ gəlmiş qarışığı üzə sürtürlər və 20 dəqiqə saxlayırlar. Qurumuş maskanı salfеtka ilə təmizləyirlər.

MAYA MASKASI. Dərini yumşaltmaq və cavanlaşdırmaq üçün 2-3 dənə çay qaşığı çörək mayasını süddə xama qatılığına çatdırıb üzə sürtmək lazımdır.

GÖY NOXUD (Roma maskası). 4 qaşıq əzilib toza çеvrilmiş göy noxudu götürün, ona həmin miqdarda təzə süd zərdabı əlavə еdin. Qatışığı diqqətlə qarışdırın və ciddi surətdə dəri cizgiləri boyunca əvvəlcədən təmizlənmiş üzə çəkin, gözləyin ki, maska təmamilə qurusun və astaca barmaqların ucları ilə dairəvi hərəkətlərlə silik. Sonra bir nеçə dəfə dərini əvvəlcə isti, sonra soyuq su ilə yaxalayın.

QURU DƏRİ ÜÇÜN KARTOF MASKASI. Kartof Şərqə XVI əsrdə Amеrikadan gəlmişdir. Bu maska dərini ağardır və qırışları hamarlaşdırır. Bişmiş adi kartof pürеsindən istifadə еtmək olar, hansını ki, üzdə 15 dəqiqə saxladıqdan sonra yuyurlar. Daha mürəkkəb rеsеpt: kartofu yaxşıca bişirin, əzərək ona bir qədər süd və hər hansı bir mеyvənin şirəsini əlavə еdin. Qarışığı yеkcins vəziyyətinə gətirin, üzə və sinəyə yaxın. 20 dəqiqə saxladıqdan sonra maskanı yuyun.

TURŞ KƏLƏM (univеrsal maska). Bu maska hər hansı bir dərini cavanlaşdırır. Rеsеpti çox sadədir: son dərəcə əzələlərinizi boş tutun, otaqda işığı söndürün və rahat yеrdə uzanın, sonra əvvəlcədən təmizlənmiş üzünüzə turş kələm yarpağlarını qoyun. 15-20 dəqiqə saxladıqdan sonra, üzünüzü əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun. Sonda üzünüzə qidalandırıcı krеm çəkin.
Çənədə,burnun kənarlarında və alında olan qara nöqtələri aradan qaldırmaq üçün tez-tez səhər və axşam bu hissələri isladılmış manna dənəcikləri ilə silmək lazımdır.


İndi isə çox xanımların şikayət etdiyi dırnaqlar üçün


Dırnaqları ağartmaq üçün maska

Qaralmış və ya saralmış dırnaqları ağartmaq üçün 1 ədəd limonu iki hissəyə ayır. Sonra ayrılmış hissələrlə dırnaqları 5 dəqiqə masay et. Bu prosedur dırnaqqırağı əti yumşaldır.
Dırnaqlara qulluq maskalar ilə məhdudlaşmır. Onların yaxşı görünməsi üçün bir sıra tədbirlər görülməlidir:
1. Qidanıza jelatinli məhsullar əlavə edin, məsələn, jele, marmelad və s. Həmçinin süd məhsulları, balıq və dəniz məmulatları, yaşıl tərəvəz və həb şəklində olan Vitamin N (biotin) qəbul edin.
2. Gündəlik dırnaq ətrafında olan dərini barmaqlarınız və ya dəsmalla kənara çəkin. Onda onların kəsilməsinə ehtiyac yaranmayacaq.

Yarım stəkan bitki yağı, 5 damcı vitamin A və 3 damcı yodu qarışdır. Dırnaqları 20 dəqiqə ərzində həmin məhlulda saxla. Proseduru iki həftə ərzində hər gün təkrar etmək lazımdır. 3 ç.q qidalandırıcı krem, vitamin A və D-nin 1/3-i, vitamin E-nin isə 1 hissəsini yaxşı-yaxşı qarışdırıb lakdan təmizlənmiş dırnaqlara sürt. Prosedura 3 həftə ərzində hər gün edilməlidir





Məşhurların manikür ustalarının fikrincə, lakqabını ovucun içində bir neçə dəqiqə fırlatdıqdan sonra dırnağa çəkdikdə, lak dırnaqlara daha yaxşı yayılır.






Lakı sürtməmişdən öncə fırçanın bir tərəfini qabın divarlarına sürt, sonra isə dırnağın formasına uyğun yay. Onda lak dırnaqlarda səliqəli görünəcək.








Dairəşəkilli əşyadan tut. Bu zaman dırnaqlarını daha aydın görəcəksən. Lakı dırnaqların ortasından başlayaraq aşağıya doğru çək, sonra qıraqlarını doldur.







Hər qadına yaraşıq verən cizgilərdən biridə dodaqlarımızdır..Dodaqlara qulluq etməyi isə unutmayın..!!


• Quru və çatlamış dodaqlara bal kömək edər.Həftədə 1-2 dəfə diş fırçanızıa 2 damla bal çəkərək dodaqlarınızı massaj edin. Dodaqlarınız yumşalacaq.
• 1 azca nəmləndirilmiş diş fırçanıza biraz duz səpib dodaqlarınıza massaj edin.Ölü hüceyrələriniz təmizlənəcək, dodaqlarınızda qan dövranı aktivləşəcək.Bu prosedurdan sonra dodaqlarınız yumşalacaq, dodaq çərçivəniz daha da aydınlaşacaq.
• Aptekdən Vitamin A-nın yağlı məhlulunu alın və hər axşam dodağınıza çəkin.

Makiyajsız isə biz qadınların bir günü olmasın Sizlər üçün makiyajın bir çox sirrlərini təqdim edirəm



Makiyaj Sirrləri

Piqment ləkələrini gizlətmək istəyirsiz? Cild tonunuza çox yaxın bir rəngdə korrektoru ləkələrin üzərinə yüngülcə vurun və biraz ətrafına yayın ki, çox bilinməsin.Tonal kreminizi çəkib, pudralanın.

Qırışıqlarınızı gizləmək... Cild tonunuzdan 1-1,5 ton açıq rəng bir korrektoru qırışıq boyunca çəkin.Korrektoru barmağınızla və ya bir fırçayla yayıb cildinizə hopdurun. Tonal kreminizi və pudranızı çəkin.

Burnunuz uzundursa... Burun ucunuza tünd rəngdə tonal krem çəkin. Yaxşıca hopdurduqdan sonra barmaq uclarınızla kiçik toxunuşlarla pudralayın.

Burnunuz genişdirsə... Kölgə və işıqdan istifadə edin. Burnunuzun üzərinə (burun sümüyünüz boyunca) daha açıq tonda, burun qanadlarınıza isə daha tünd rəngdə tonal krem çəkin.Barmağınızla tonal kremi yaxşıca yayın və 2 ton arasındakı sərhədləri hopdurub yox edin,mat bir pudrayla pudralanın.

Çənəniz çox balaca və içəri doğrudursa... Çənənizə (dodaq altına qədər) açıq rəng bir tonal krem çəkin.Bu çənənizin həcmini artıracaq.Tünd və parlaq rəngdə pomadalardan istifadə etməyin.Göz Makiyajınıza daha çox fikir verin.

Çənəniz biraz önə tərəf çıxırsa... Çənənizin ucuna tünd rəng bir tonal krem çəkib pudralayın.Dodaqlarınıza önə çıxaracaq canlı rəngdə pomadalara üstünlük verin, beləcə çənənizin nəzərə çarpmasını azaldacaqsınız.

Bir-birinə yaxın gözlər... Açıq tonda bir kölgəni gözün iç küncündən ortasınadək çəkin. Ortadan kənar çöl küncünədək isə tünd rəngdə bir kölgə çəkin. Kölgələrin sərhədlərini yox etmək üçün iki rəngi bir-birinə yaxşıca hopdurun.

Bir-birindən uzaq gözlər... Tünd tonda bir kölgəni gözün iç küncündən ortasınadək çəkin. Ortadan kənar çöl küncünədək isə açıq tonda bir kölgə çəkin və 2 kölgənin sərhədlərini yox etmək üçün yaxşıca hopdurun.

Gözlərinizi eye-liner ilə böyütmək... Gözün iç küncündən incə olaraq başlayın, göz ortasından çöl küncünədək cizgini qalınlaşdırın. Gözləriniz daha böyük görünəcək.

Qalıcı kölgə...Göz qapağınıza çəkdiyiniz kölgənin qalıcı olmasını istəyirsizsə, kölgəni çəkməmişdən əvvəl göz qapağınıza korrektor (concealer) çəkin. Bunun üstünə çəkilmiş kölgənin 24 saat dayanabiləcəyinin şahidi olacaqsız.

Kölgənizin tozcuqları üzünüzə yapışdı?? Böyük və təmiz bir fırçayla tozcuqları üzünüzün kənarlarına doğru yüngülcə fırçalayın. Gələn dəfə bu problemlə üzləşməmək üçün kölgədən istifadə etməzdən əvvəl göz qapaqlarınızı pudralayın.

Tuşun qalıcı olması üçün... Tuş çəkməzdən əvvəl kipriklırinizi fırçalayıb pambıqlı çubuq vasitəsilə yüngülcə pudralayın.Çox gözəl nəticə əldə edəcəksiniz.

Tuşunuz göz qapağıza yayıldı?? Quru bir pambıqlı çubuq ilə ləkəni çıxarmağa çalışın. Keçməsə pambıqlı çubuğun ucuna yüngülcə tonal krem çəkib ləkənin üzərini örtün.

Tuşunuzu artıqlamasıyla çəkdiz?? Kirpik fırçanız varsa kirpiklərinizi diqqətlicə fırçalayıb tuşun artığını azaldın.Ya da, bir kağız salfeti alt və üst kirpiklərinizin arasına qoyub gözlərinizi bağlayın.

Tuşunuzun fırçasını təmizləmək üçün...Tuşunuz çox vaxt kirpiklərinizdə artıq topcuqlar buraxırsa, tuşunuzun fırçasını isti suya tutub qurudun. Təkrar istifadə etməzdən əvvəl quruduğundan əmin olun.
Kirpiklərinizə effekt vermək üçün...Kirpiklərinizə əvvəlcə mavi sonra isə qara tuş çəkin. Kirpiklərinizə super effekt verəcək.

Fərqli kirpiklər... Kirpiklərinizi fərqli etmək istəyirsinizsə, 1 qat qara tuşdan sonra kirpik uclarınıza mavi və ya bordo tuş çəkin.

Pomadanızın qalıcı olmasını istəyirsiz?? Pomadanızı çəkməzdən əvvəl dodaqlarınıza biraz tonal krem çəkib pudralayın. Bir qat pomada çəkin, artığını azaltmaq üçün dodaqlarınızın arasına bir kağız salfet qoyub dodaqlarınızı sıxın. 2-ci qat pomada çəkin.

Pomadanız dişlərinizə boyanır?? Pomadanızı çəkdikdən sonra baş barmağınızı ağzınıza qoyun və dodaqlarınızı sıx qapayın. Pomadanızın artığı barmaqlarınıza çıxacaq.


Kapron kalqotkalardan hər bir xanım istifadə edir..Düşündümki buda məsləhətdə lazımlı olar



- Kapron kalqotkaların ömrünü uzatmaq...
1. Kapron kalqotkalarınızın süzülməməsi üçün ilk dəfə kalqotkanı heyinməzdən əvvəl isti suda isladıb isti ütüylə ütüləyin, ya da uksus əlavə olunmuş suda isladın.
2. Açıq rəngli və ya müxtəlif rəngli kalqotka və ya kapron corabları tünd çay əlavə olunmuş tasda isladın.Bundan sonra onlar qızılı rəng çaları əldə edəcəklər.
3. Əgər kalqotkalarınız artıq süzülübsə, ilməsini bərkitmək üçün üzərinə saç lakı vurun.

Boyundan şikayət edən xanımlar isə bu məsləhəti qaçırmayın

Hündürboylu görünmək istəyirsiz?


Geyim vasitəsilə bədən quruluşunuzu düzgün vurğulamaqla daha hündür görünə bilərsiz.Beləliklə, aşağı hissələri enlənən və uzunluğu kablukun üzərini örtən şalvar ayaqları uzun göstərir.Eyni zamanda dar və düz şalvarlar da ayaqları daha uzun göstərir.
Uzun yubka da sizin daha hündürboylu görünmənizə kömək edər,ama dizdən yuxarı yubkalar boyunuzu qısa,ayaqları isə bir qədər əyri göstərə bilər.Rəngli kalqotkalar da vizual olaraq boyu qısa göstərir.Əsas məsələ - kabluk.
Hündürdaban ayaqqabılar sözsüz ki, boyunuzu müəyyən qədər artıracaq, həm də ki, klassik dikdaban ayaqqabılar heç vaxt dəbdən düşmür.


Bu melumatlara gore delixana.ws saytina minnetdarligimizi bildiririk...           From: Samir (Admin)




Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: Aysel, 06.07.2012, 15:52 (UTC):
THANKS

Yorumu gönderen: aytac, 19.06.2012, 17:20 (UTC):
tsk

Yorumu gönderen: xeyale, 19.12.2011, 07:59 (UTC):
cox gozel meslehetlerdir.

Yorumu gönderen: seva, 16.12.2011, 10:53 (UTC):
tesekkurler

Yorumu gönderen: dhhjjh, 26.11.2011, 05:06 (UTC):



Bu sayfa hakkında yorum ekle:
İsmin:
Mesajınız:

 
Reklam
 

 

 

 

 

Bu sehifede deqiqe saniye qonaq oldunuz .....

 


Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Bütün hüquqlar qorunur ©2009

Bugün: 15

Aktif :

IP Adresiniz: 54.159.64.172

 
Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə www.Afterthought.tr.gg administrasiyası məsuliyyət daşımır..! Bugün 15 ziyaretçi  
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=